Araşdırmalar nəticəsində məlum olub ki, yüngül əxlaqlı qadınlara meyl edən kişilər həqiqətdə bir gecəlik intim xidmət qarşılığında fərqli bir şey umurlar. Mütəxəssislər qeyd edir ki, istədiklərini səhv yerdə axtarsalar da, onların həqiqi axtarış istəyi sevgi və bağlılıqdır. Məsələnin həqiqi tərəfi budur ki, bu kişilər öz cütlərinin axtarışı üçün pul da xərcləməkdən çəkinmirlər.
Corc Vaşinqton universitetinin amerikalı müəllifləri Kristin Milord və Ronald Vayser yeni bir araşdırma üzərində çalışıblar. Bu araşdırma internet forumda paylaşılmış 2442 paylaşımın analizindən ibarətdir. Həmin bu paylaşımlarda müştərilərin intim xidmətçi seçimi və onlarla olan təcrübələrindən söz açılır.
Nə üçün kişilər yüngül əxlaqlı qadınlara meyl edir? Paylaşımların üçdə birində intim xidmət nümayəndələri və onların müştəriləri aralarında olan emosional əlaqədən söhbət açılır. Bu paylaşımlarda bir çoxu, münasibətlərin fiziki əlaqələr çərçivəsindən çıxartmaq arzusunda olduqlarını ifadə etmişlər. Onlar bu fiziki münasibətləri sevgi və hissi münasibətlərə çevirmək istəyirdilər.
Araşdırma və təhqiqatlar göstərib ki, fahişələrin daimi müştəriləri onlara qarşı dərin bağlılıq bəsləməyə başlayırdılar. Daha sonra bu bağlılıq böyüyür və həqiqi sevgiyə çevrilirdi.
Başqa bir sorğuda “sevgi ilahələri”nə baş çəkən kişilərin 32%i normal münasibət üçün vaxt tapa bilmədikləri üçün belə bir intim münasibəti satın aldıqlarını bildirmişlər. Kişilərin 28%-i ciddi münasibətlərin doğurduğu məsuliyyət hissindən qaçdığını, 18%i isə normal qadınla münasibət qurmaqdansa fahişəylə münasibət qurmağı üstün tutduqlarını dilə gətiriblər.
Bir çox kişiləri pullu intim xidmətinə təhrik edən motivasiyanın səbəbi onların sadə münasibət və rollarını oynamağı yoxlamaq üçün partnyor tapa bilməməlidir. Lakin bir çox kişilər əvvəlki münasibətlərində olan emosional əlaqənin çatışmazlıqları haqqında da danışmışlar. Eyni zamanda intim xidmət nümayəndələri müştərilərini “çox nəzakətli” və “başqa kişilərə nisbətən daha diqqətli olduqları” kimi xarakterizə etmişlər.
Araşdırmada iştirak edən kişilərin üçdə biri isə qeyd edib ki, onlar fiziki təmasdan daha da böyük bir şey axtarıblar.
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?