Bu həftə Məşədi Dadaş məscidində Cümə namazı Hacı Elbrus Kərimov tərəfindən qılınacaq.
BUTA.TV xəbər verir ki, bu barədə mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin Feysbuk səhifəsində məlumat paylaşılıb.
Məlumata görə, adıçəkilən ilahiyyatçı Hacı Şahinin tələbəsi olub. O, Hacı Şahinin sağlığında da bir neçə dəfə bu səlahiyyəti icra edib. Belə ki, Hacı Şahin səfərlərdə olan vaxt onu Elbrus Kərimov əvəz edib.
Qeyd edək ki, Hacı Şahin 2001-ci ildən “Məşədi Dadaş” məscidində imam-camaat olub. O, martın 2-də evində qəfil dünyasını dəyişib.
- Nəriman Həsənzadənin vəziyyəti ağırdır
- Final təyinatı onu kövrəltdi - Video
- Qarabağda yeni ünvan: Xankəndidə ilk “Kontakt” açıldı
- NK-da əhalinin siyahıyaalınmasına dair iclas keçirilir
- “Euromoney” ABB-ni yenidən “İlin ən yaxşı bankı” seçdi!
- Arıqlama məhsullarında təhlükəli maddələr aşkar edildi
- Milli Depozit Mərkəzində yeni təyinat - Foto
- Zelenski Azərbaycanəsilli məmuru işdən çıxardı