İctimai fəal Bəxtiyar Hacıyev martın 7-də Penitensiar Xidmətin müalicə müəssisəsindən 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. O, təcridxanada ümumi kamerada saxlanılır. Hacıyev bugün vəkili Rövşanə Rəhimli ilə görüşüb. Vəkil Hacıyevin səhhəti ilə bağlı danışarkən deyib ki, o, hazırda reabilitasiya dövründədir, səhhəti yaxşılaşmağa doğru gedir, çəkisində artım var. Hacıyev onun şəxsi həyatı ilə bağlı yayılan məlumatların çoxunun saxta olduğunu söyləyib: "O, nə baş verdiyini tam başa düşə bilmir. Bununla bağlı çox böyük narahatçılıq, stress, məyusluq hissi keçirir. Deyir ki, bu tamam doğru olmayan hərəkətdir. Hacıyev belə başa düşür ki, bunlar, yəni yazışmalar, digər materiallar on il bundan əvvələ aiddir. Orada çox mütləq şəkildə montajlar və əlavələr var. O, bunu ilkin olaraq Pegasus-la (peqasus casus proqramı - red.) əlaqələndirdi, yəni Pegasus vasitəsilə götürüldüyünü güman edir".
Rəhimli bildirir ki, yayılan materiallarla bağlı vəkillər iş aparır: "Güman edirəm ki, yaxın zamanda müsbət nəticələr əldə edəcəyik".
Vəkillər yayılan materialların araşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarına, o cümlədən prokurorluğa müraciət edib.
“Azadlıq radiosu”
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?