MÜSİAD Azərbaycan və MÜSİAD İngiltərə ingiliscə danışaraq məşhurlaşan Xınalıq kənd sakini 13 yaşlı İbrahim Zeynalovu İngiltərəyə oxumağa göndərəcək.
Bu haqda Trend-ə MÜSİAD-dan daxil olan məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, hazırda İ.Zeynalovun səfəri üçün lazımi tədbirlər görülür. “MÜSİAD Azərbaycan olaraq MÜSİAD İngiltərə ilə birgə balaca həmyerlimizin dil qabiliyyətini daha da təkmilləşdirmək üçün İngiltərəyə yay məktəbinə göndərəcəyik” – deyə məlumatda bildirilir.
Qeyd edək ki, İ.Zeynalov Qubanın ucqar dağ kəndlərindən olan Xınalıqda doğulub və o, hazırda valideynləri ilə orada yaşayır. Məlumat üçün bildirək ki, sosial şəbəkələrdə Qubanın Xınalıq kəndindən olan İbrahimin polşalı turistlə kənd haqqında maraqlı söhbəti yayılıb.
“Real danışsaq, Azərbaycan klubu Çempionlar Liqası kimi böyük turnirdə oynamamalıdır” - Qurban Qurbanov
13 yaşlı İbrahim sinifdə "ingilis dili çempionu" olduğunu bildirib. O, Türkiyədə oxumaq istədiyini, orada dostunun yaşadığını da bildirib.
- Azərbaycan-Gürcüstan birgə şirkəti bu tenderdən kənarlaşdırıldı
- MM-də kritik sual: ABŞ Azərbaycan qazının satılmasının qarşısını alıb?
- Qazaxıstan AZAL təyyarəsi ilə bağlı daha bir açıqlama yaydı
- Hansı “yerli istehsal” üçün vergini artırırlar?
- Şok qərar: Bakıdakı maşın bazarı Ağdama köçürüləcək
- “Real danışsaq, Azərbaycan klubu Çempionlar Liqası kimi böyük turnirdə oynamamalıdır” - Qurban Qurbanov
- “Həyatımıza təhlükə var” - Bir qrup sənətçi müraciət yaydı
- Maduro üçün geri sayım başladı: Hava hücumları başlaya bilər