Yasamal Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi, polkovnik Hikmət Usubov yeni vəzifəyə təyin edilib.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin əmri ilə Hikmət Usubov tutduğu vəzifədən azad edilərək Sabunçu Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi təyin edilib.
Nazirin digər əmri ilə Sabunçu Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi , polkovnik Əşrəf Allahyarov tutduğu vəzifədən azad edilərək Yasamal Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi təyin edilib.
Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti təsdiqləyib.
- "Sea Breeze"ə getmək istəyənlərə şad xəbər
- Sabiq bələdiyyə sədri ilə bağlı cinayət işi başladı
- Qırıcılarımız havaya qaldırıldı - Foto
- Mingəçevirdə balıq ovu festivalı keçirildi - Fotolar
- Bayramovla Lavrovun görüşü başladı - Fotolar
- Sabah hava necə olacaq?
- Samir Şərifova vəzifə verildi
- Ramazan Nəbiyevə yüksək vəzifə verildi