Ermənistanda benzin yenidən bahalaşdı

13:40 - 14 Mart 2023 - GÜNDƏM

 Ermənistanda benzin yenidən bahalaşdı

Bu gün Ermənistanın yanacaqdoldurma məntəqələrində Aİ-95 (Premium) markalı benzinin 1 litri 390 dram (1 dollar) (keçən həftə 350 dram idi), Aİ-92 isə 350 drama (90 sent) (ötən həftə 320 idi) qalxıb.

BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Bildirilib ki, hakimiyyət Ermənistanda benzin və dizel yanacağının qiymətinin qalxmasını beynəlxalq bazarlarda bahalaşma ilə izah etsə də, bu, doğru deyil. Çünki neftin bir barrelinin qiymətinin artması Ermənistanda 1 litr benzin və ya dizel yanacağının qiymətində yalnız cüzi - 1-2% dəyişməyə səbəb ola bilər.

Erməni iqtisadçıların fikrincə, bahalaşma dövlət üçün faydalıdır, çünki qiymət artımı ƏDV-nin artımı ilə düz mütənasibdir və mənfəətlə vergi yığımını artırır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol