Ermənistan Baş naziri Nikol Paşinyanın bu gün keçirdiyi mətbuat konfransında Qarabağın erməni icması nümayəndələrinin Bakıya dəvət olunmasına reaksiyası İrəvanın bəsit oyun oynadığını çılpaqlığı ilə ortaya qoyur.
Paşinyan suala cavab olaraq “bizə beynəlxalq təminat lazımdır” tezisini yenidən təkrarlayıb.
Daha sonra isə gülünc iddia səsləndirib: “Yeri gəlmişkən, burda belə bir sual ortaya çıxır – onlar (erməni icmasının nümayəndələri) əgər Bakıya getsələr, qayıdacaqlarmı? Bu suala kim cavab verə bilər?”
Bununla Nikol Paşinyan guya erməni icmasının nümayəndələrinin Bakıda saxlanılacağı ehtimalına, öz aləmində, işarə edir.
Azərbaycan hakimiyyəti inteqrasiyasına başladığı icma nümayəndələrini paytaxta dəvət edirsə, onların ən yüksək səviyyədə qorunmasına heç kim şübhə edə bilməz.
İlham Əliyev Bakıda keçirilən idman yarışlarına gələn ermənilərin nəinki təhlükəsizliyini təmin etməyi bacardığını bütün dünyaya hələ Zəfərdən öncə nümayiş etdirən, hətta qalib gələn ermənini alqışlatmağa da nail olan Liderdir!
Bu 30 il müddətində Azərbaycana dövlətin təminatı altında ölkəmizə gələn erməni vətəndaş fəlları hətta Bakını da rahat-rahat gəzə biliblər!
Bakıda onminlərlə erməni ailəsinin olduğu faktı hər kəsə bəllidir və onlara kimsə təhlükə törətmir!
Azərbaycan danışıqlara dəvət etdiyi erməni icması nümayəndələrinin təhlikəsizliyinə təminat verə bilmirmi? Onları Bakıda həbs etmək və yaxud saxlamaqla, inteqrasiya prosesinin üstündən xətt çəkə və bütün dünyada bu siyasətin əleyhinə kampaniya aparılmasına rəvac verərmi?
Mümkün deyil, ola bilməz!
Belə bir iddianı səsləndirmək və özünü rüsvay etmək, bu danışıqlara imkan vermədiyini gülünc səviyyədə əsaslandırmaq üçün yalnız Paşinyan olmaq lazımdır.
Azərbaycan Bakıya inteqrasiya üçün çağırdığı adamı həbs etməz – bu cür hiylə, məkr və alçaqlıq yalnız erməni xisləti ola bilər.
Azərbaycanın ərazi bütövlüyünü tanıdığını Soçi və Praqa sənədləri ilə təsdiqləmək məcburiyyətində qalan Nikol Paşinyan Qarabağdakı erməni icmasından sui-istifadə etməyə, onları “tərəfə” çevirməyə, inteqrasiya müzakirələrinə “tərəflər arasında danışıqlar” statusu verməyə və onu beynəlxalq müstəviyə qaldırmağa, Azərbaycana qarşı açıq ifadə edə bilmədiyi ərazi iddiasını davam etdirməyə istəkli görünür.
Paşinyanın hərbi – “Yeni müharibə və yeni ərazilər” – ritorikasının aqibətini hər kəs gördü.
İndi isə diplomatiyadakı gülünc cəhdlərinin nəticəsini yaşamağa məhkumdur.
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!
- İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - Video