Ermənistan parlamentinin sədri Alen Simonyan Bəhreyndə olarkən Parlamentlərarası Birlik Assambleyasının iclasında çıxış etdi. O, çıxışını erməni nümayəndələrinin adətinə uyğun olaraq dezinformasiya üzərində qurdu və beynəlxalq tribunadan dünyaya yalan danışdı. Simonyanın çıxışına tutarlı cavabı Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova verdi və onu utanmazcasına yalan danışmaqda ittiham etdi.
Bu sözləri BUTA.TV-a açıqlamasında Ermənistan parlamentinin sədri Alen Simonyanın bugünkü paylaşımını şərh edən azərbaycanlı jurnalist Mahir Məmmədli deyib.
“Simonyanın çıxışından sonra ona yaxınlaşdım. Çünki o, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qanunsuz silah-sursat daşıyan erməni hərbçilərinin saxlanılması və onların müqavimət göstərərkən ordumuz tərəfindən məhv edilməsi ilə bağlı danışığında bu hadisənin sərhəddə baş verdiyini demişdi. Simonyandan onun hansı sərhədi nəzərdə tutduğunu soruşdum, axı hadisə Şuşa yaxınlığında baş verib, Azərbaycanın ərazisində. O isə bunu inkar etdi və bildirdi ki, silahlı hadisə sərhəddə baş verməyib. Görünür, çıxışından sonra erməni nümayəndə heyəti ona izah edib ki danışdıqları səhvdir. Deməli, Simonyan nəinki Cənubi Qafqaz qonşularının, eləcə də, öz ölkəsinin sərhədini tanımır, coğrafiyadan anlayışı yoxdur. Sualımıza cavabında o, Ermənistanın Azərbycan ərazisində qanunsuz məskunlaşan erməni separatçılarının silahlandırmasını, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin minalanmasını da inkar etdi.
Bu gün isə baxdım ki, status yazıb və onun müsahibəsinin efirə getmədiyini bildirib. O, özünü bu gün Real TV-də görəcək. Sadəcə olaraq biz Simonyanın və Ermənistan hakimiyyətinin yalanlarını Azərbaycan tamaşaçısı üçün tirajlayası deyilik. O, özünü efirdə görəcək, həm də statusunun cavabını alacaq”, - o bildirib.
Arvadının gözünü kor edibmiş... - İndi də qayınatasının qətlinə görə tutuldu - Video
Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan Bəhreyndə Azərbaycan mediasına müsahibə verdiyini, lakin onun müsahibəsinin yayımlanmadığını iddia edib.
- Bizi alman edən qanımız deyil - Prezident
- Hörmüz boğazı İranın mülkiyyətidir - Arif
- İranı Qərbi Azərbaycan vasitəsilə... - SEPAH
- Putin Mehriban Əliyevanı təbrik etdi
- İran və Oman Hörmüzlə bağlı razılığa gəldi
- "Türkiyə Əsri"ni qurmağa başlamışıq - Ərdoğan
- Hörmüzdə bütün minalar məhv edilib - Tramp
- Ermənistanda hərbçi asılmış vəziyyətdə tapıldı