Bu gün Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində Vətən müharibəsi şəhidlərinin övladları üçün “Açıq qapı günü” keçirilib.
BUTA.TV xəbər verir ki, tədbir Fövqəladə Hallar Nazirliyi Həmkarlar İttifaqının dəstəyi, nazirliyin İctimaiyyətlə əlaqə idarəsi və Sumqayıt Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
“Açıq qapı günü”ndə şəhid ailələrinin üzvləri, nazirliyin Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov, Fövqəladə Hallar Nazirliyi Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev, İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Fəzail Hüseynov, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarının və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında əvvəlcə Azərbaycan Respublikasının Dövlət bayrağı gətirilib, Dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Balasanyan ortaya çıxdı, Bakı ilə bağlı ilk bu sözləri dedi - İnanılmaz
Daha sonra uşaqlara FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri və Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası, avadanlıqları təqdim olunub, uşaqların sualları cavablandırılıb. Xilasedicilərin nümunəvi təlimi isə uşaqlarda böyük marağa səbəb olub.
Tədbirdə FHN-in psixoloqları uşaqlarla fərdi söhbətlər aparıb, maraqlı psixoloji oyunlar keçiriblər.
Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi uşaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır və uşaqların fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər, yarış və müsabiqələr keçirir, maarifləndirici sosial videoçarxlar hazırlayaraq KİV vasitəsilə yayır.
- Bu məsələdə nə Sərkisyanın, nə də Paşinyanın mövqeyi... - Marukyan
- Azərbaycan XİN-dən Atatürkün vəfatının ildönümü ilə bağlı paylaşım
- Nikol müşavirə keçirdi: Ordunun modernləşməsi...
- Tokayevin qərarı Türkiyəni narazı sala bilər?
- “Vətən Müharibəsi Qəhrəmanı” yüksək addır, yoxsa “Milli Qəhrəman”?
- Balasanyan ortaya çıxdı, Bakı ilə bağlı ilk bu sözləri dedi - İnanılmaz
- Azərbaycan UNESKO komitəsinə üzv seçildi
- Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı