Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilməsi təklifinə görə ayrıca minnətdarlığımı bildirirəm.
BUTA.TV xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şövkət Mirziyayev Ankarada keçirilən sammitdəki çıxışında deyib.
"Bugünkü görüşümüz dostluğumuzun və birliyimizin, ən çətin zamanlarda bir-birimiz üçün möhkəm dayaq olduğumuzun əyani və praktik sübutudur", - o deyib.
Qeyd edək ki, martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. Bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.
“Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platformadır. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkib, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr aparıblar.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Bundan sonra ölkə ərazisində daha bir neçə zəlzələ baş verib.
- Şirəliyevin ailəsinə məxsus xəstəxananın baş həkimi dəyişdi - Foto
- “Qafqazinfo”nu yeni instaqram səhifəsində izləyin!
- Hacı Surxaydan məsciddə çəkilmiş görüntülərlə bağlı - Açıqlama
- Çay sahilində narkotik yetişdirdi, həbs olundu - Video
- 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu
- Prezident konfrans iştirakçılarına müraciət ünvanladı
- Leyla və Alena Əliyevalar festivalda - Fotolar
- Buğdanın tədarük qiyməti ilə bağlı - Sərəncam