Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən ölümcül silahlı hücumu pisləyib və bütün təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün tez və hərtərəfli araşdırmanın aparılmasına çağırış ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşündə qəbul olunmuş Ankara Bəyannaməsində bildirilir.
Sənədə əsasən, TDT dövlət başçıları, həmçinin bütün müsəlmanları incidən və gələcəkdə yeni irqçi, ksenofob və islamofob təxribat və hücumlara yol aça biləcək müqəddəs kitabımız Qurani-Kərimə qarşı son vaxtlar nifrət zəminində törədilən cinayətləri ən kəskin şəkildə qınayıblar.
- 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu
- Prezident konfrans iştirakçılarına müraciət ünvanladı
- Leyla və Alena Əliyevalar festivalda - Fotolar
- Buğdanın tədarük qiyməti ilə bağlı - Sərəncam
- Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”
- Tətilə gedə bilməyənlər bu yazını oxusun…
- Bakının bu rayonunda 3 saat işıq olmayacaq
- Evdən qadın meyiti tapıldı