Avropa parçalanıb, ruslara qadağa qoysaq... - Tsimmerman

07:00 - 24 Avqust 2026 - GÜNDƏM

 Avropa parçalanıb, ruslara qadağa qoysaq... - Tsimmerman

Rusiyalılar üçün giriş qadağasının tətbiqi məsələsində Avropa Birliyi (AB) siyasi baxımdan parçalanıb.

BUTA.TV xəbər verir ki, bunu Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Mari-Aqnes Ştrak-Tsimmerman deyib.

Bildirilib ki, Fransa, İtaliya və İspaniya giriş qaydalarının sərtləşdirilməsinə skeptik yanaşır, Skandinaviya və Baltikyanı ölkələr isə AB-nin daha sərt qərar qəbul etməsində israr edir. Almaniya da Rusiya vətəndaşlarının ölkəyə girişinə tam qadağa tətbiq etməyib.

Qeyd edək ki, Avropa Birliyinin xarici siyasət rəhbəri Kaya Kallas 2022-ci ildən bəri Rusiyaya qarşı ən böyük sanksiya paketini hazırladığını açıqlamışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol