Cəlilabad rayonunda dörd avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.
BUTA.TV xəbər verir ki, hadisə Cəlilabad rayonunun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, avtoyuma məntəqəsinin işçisi avtomobil sahibinin etibarından sui-istifadə etməklə "BMV" markalı minik avtomobilini götürərək yol-nəqliyyat hadisəsi törədib və nəticədə zəncirvari qəzaya səbəb olub.
Qəza nəticəsində sürücülərdən biri, Biləsuvar rayon sakini, 1982-ci il təvəllüdlü Bəhruz Quliyev xəsarət alıb. Yaralı rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
- 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu
- Prezident konfrans iştirakçılarına müraciət ünvanladı
- Leyla və Alena Əliyevalar festivalda - Fotolar
- Buğdanın tədarük qiyməti ilə bağlı - Sərəncam
- Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”
- Tətilə gedə bilməyənlər bu yazını oxusun…
- Bakının bu rayonunda 3 saat işıq olmayacaq
- Evdən qadın meyiti tapıldı