Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb.
BUTA.TV-ın məlumatına görə, 55 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada moldovalı Mihaela Samoillə üz-üzə gəlib.
Məmmədova ilk hissədən sonra hesabda geri olsa da, əzmkarlıq göstərərək yekunda inamlı qələbə qazanıb - 14:7.
Bu gün həmçinin 68 kq-dakı Nigar Mirzəzadə bürünc medal görüşünə çıxacaq. Onun rəqibi macarıstanlı Karolina Pok olacaq.
Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçiləri 4 medal qazanıblar. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medala sahib çıxıb.
- 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu
- Prezident konfrans iştirakçılarına müraciət ünvanladı
- Leyla və Alena Əliyevalar festivalda - Fotolar
- Buğdanın tədarük qiyməti ilə bağlı - Sərəncam
- Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”
- Tətilə gedə bilməyənlər bu yazını oxusun…
- Bakının bu rayonunda 3 saat işıq olmayacaq
- Evdən qadın meyiti tapıldı