Bəşəriyyətin üzləşdiyi yeni çağırışlara ədalətli həll yolları tapa bilməyən beynəlxalq sistem daim yeni böhranlara səbəb olur.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün yekunları ilə bağlı yerli və xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“Dünən və bu gün Özbəkistan Prezidenti, Azərbaycan Prezidenti, Qırğızıstan Prezidenti, Qazaxıstan Prezidenti, Türkmənistan Xalq Məsləhətinin sədri, Macarıstanın Baş naziri ilə ikitərəfli görüşlər keçirdim. Liderlər kimi imzaladığımız sammit bəyanatı ilə biz müxtəlif sahələrdə əməkdaşlığımızı gücləndirmək iradəmizi açıq şəkildə nümayiş etdirdik.
Dünya siyasətində önə çıxan ölkələr və birliklər səhiyyədən maliyyəyə, təhlükəsizlikdən ksenofobiyaya, qeyri-qanuni miqrasiyadan siyasi və sosial qeyri-sabitliyə qədər bir çox problemlə mübarizə aparır. Bəşəriyyətin üzləşdiyi yeni çağırışlara ədalətli həll yolları tapa bilməyən beynəlxalq sistem daim yeni böhranlara səbəb olur”, - deyə Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
- Məşhur "Pitomnik bağı" ləğv edilir? - Rəsmi
- Könül Muxtarova onu təhqir edən şəxsi polisə verdi
- Azərbaycanda 18 otelin ulduz kateqoriyası ləğv olundu
- Bakıda su sayğaclarına qənim kəsilənlər saxlanıldı
- Kartdan 1400 manat oğurladı, toya pul yazdırdı
- Sabah Bakıya intensiv yağış yağacaq – Xəbərdarlıq
- DSX-nin Baş idarəsinin sabiq rəisi öldü - Foto
- Su kanalından 60 yaşlı kişi meyiti tapıldı