Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü ekofəalların və gənclərin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası gecə saatlarında da ruh yüksəkliyi ilə davam edir. Davam edən haqlı etirazlar onu deməyə əsas verir ki, heç bir kənar təzyiq aksiyanı dayandıra bilməz.
BUTA.TV xəbər verir ki, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. Onlar ekoloji terrorun dayandırılması ilə bağlı Azərbaycan, ingilis və rus dillərində şüarlar səsləndirirlər. Aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.
Etirazçılar hər zaman olduğu kimi, humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətməyiblər.
Ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunub.
Arvadının gözünü kor edibmiş... - İndi də qayınatasının qətlinə görə tutuldu - Video
Gün ərzində hava dəyişkən keçib, Şuşada fasilələrlə yağış yağıb. Bütün bunlara baxmayaraq, ekofəallar tələblərində qəti olduqlarını nümayiş etdiriblər. Aksiyanın uzanması da onların iradəsinə təsir etmir.
Qeyd edək ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
- İsrail HƏMAS-a məxsus silah anbarlarını məhv etdi
- İranın su anbarlarının 45 faizi boşdur: Böhran dərinləşir
- Köçəryanın oğlu naməlum istiqamətə aparıldı
- “Patriot” raketləri aldıq - Zelenski
- Azərbaycanın beynəlxalq hava limanlarında viza ala biləcəklər
- ABŞ Munir vasitəsilə İrana xüsusi təklif göndərib
- Elvin əməliyyat olunacaq - 3 ay meydanlardan uzaq qalacaq
- ABŞ olmasaydı, bu ölkə işğal edilərdi - Vens