Artıq güvənilir bir alternativə çevrilən Orta dəhlizin inkişaf etdirilməsi mövzusunda razılaşdıq.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatı Zirvə Toplantısından sonra keçirdiyi mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, enerji təhlükəsizliyi üçün mövcud və potensial əməkdaşlıq sahəsində müzakirələr aparıldı.
"Regional və qlobal məsələləri də dəyərləndirdik. Türk Dövlətləri Təşkilatının beynəlxalq səviyyədə tanınması getdikcə artır", - deyə R.T.Ərdoğan bildirib.
Qeyd edək ki, bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib.
Dövlətimizin başçısı İlham Əliyev tədbirdə iştirak edib.
- 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu
- Prezident konfrans iştirakçılarına müraciət ünvanladı
- Leyla və Alena Əliyevalar festivalda - Fotolar
- Buğdanın tədarük qiyməti ilə bağlı - Sərəncam
- Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”
- Tətilə gedə bilməyənlər bu yazını oxusun…
- Bakının bu rayonunda 3 saat işıq olmayacaq
- Evdən qadın meyiti tapıldı