Güney azərbaycanlı yazıçı, şairə və ictimai fəal Süsən Nəvadeyi Rəzi martın 16-da 61 yaşında dünyasını dəyişib.
Kult.az xəbər verir ki, 1962-ci ildə Təbrizin Şəhriyar məhəlləsində dünyaya gələn Süsən Nəvadeyi Rəzi uzun illər “Məhdi Azadi” qəzetinin türkcə bölümündə çalışıb.
Ömrünün son illərini “Təməddün” qəzetinin türkcə bölümündə Azərbaycan mədəniyyəti və ədəbiyyatı ilə bağlı yazılar yazmaqla keçirib.
Nəvadeyi Rəzi “El bilimi” və “Folklorçu xanımlar” mədəni-ədəbi dərnəklərinin idarə heyətinin üzvü idi.
Onun “Arzuların gülşən bağı”, “Təbrizim kimi”, “Günlərin bir günündə”, “Muncuq hekayələri” və Azərbaycan dilində başqa bir neçə kitabı nəşr edilib.
Aşağıda onun son şeirlərindən biridir:
Hələ yaşayıram
Umudumda çillə gecəsi
Əllərim xəzəl səpilir payızlığıma
Baharın olaram bayramım olsan
Və ulduzluğunu sayrışaram
Hələ yaşayıram
Hələ ölməmişəm guman
nəmənəyə
...nəsnələr nəsnələrdən hələ
bəlkə də
Yaşamaq ölməyin o biri üzüdür?
Ürəyimdə dənizlər çaxnaşması var
Ovcumda balıqdır çabalayır sevgi
Qoynum sıx qucaqlaşmağa darıxır
dodaqlarım
Səhərin güzgüsündə, gülün gülüşü
Gözlərin sırrını bilmədim
Əkdiklərim cücərməmiş soldu nədənsə
Baharın olacaqdım bayramım olsaydın
Zaman şaşırdıcı ünsürdür
insanlar isə
acı və soyuqdurlar
Başımı qara-qara faciələr yağmalasada
Köksüm hələdə
yırğalanır yaşıl-yaşıl duyğular qoynunda.
Nəfəs çəkəndə nə olar?!
bəlkədə illərdir ölmüşük...
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!