Ermənistan hakimiyyəti orduya “qarabağ respublikası” ifadəsini qadağan etməsinin ardından daha bir sensasion qərar qəbul edib.
BUTA.TV Globalinfo.az-a sitinadən xəbər verir ki, hökumət dünən yerli idarəetmə orqanlarına xüsusi tapşırıq göndərib.
Tapşırığa əsasən, Ermənistanın dövlətlərarası əlaqələr üçün istifadə edilən yollarında xaç işarələri, eləcə də xaçkarların sökülməsi əmr edilib.
Məlumata görə, əmr Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Qnel Sanosyandan daxil olub.
Sözügedən tapşırığın hansı məqsədlə göndərildiyi qaranlıq qalıb. Lakin güman edilir ki, bu qərar daha çox türklər və azərbaycanlılarla barışıq, eləcə də yolların açılması ilə bağlı götürülən öhdəliklər qarşılığında qəbul edilib:
“Nikol Paşinyan, yəqin ki, Ermənistana azad giriş-çıxış vədini verib və onları yollarda arzuolunmaz erməni-xristian simvollarının qarşılamayacağı öhdəliyi götürüb”.
Ermənistan mətbuatının yazdığına inansaq, İrəvanın bu addıma daha çox Zəngəzurda getdiyini ehtimal edə bilərik. Bu da Zəngəzur dəhlizinin açılması ilə bağlı İrəvanın artıq müəyyən qərarlar qəbul etmək ehtimalını artırır. Ən azından sonra həftədə Bakıdan verilən bəyanatlar, eləcə də Rusiya prezidentinin bölgə liderlərinə zəngi bu təxmini həqiqətə yaxın edir.
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!