Qarabağ bölgəsində yerləşən Sərsəng su anbarında suyun səviyyəsi hər gün 50 santimetr azalır.
BUTA.TV xəbər verir ki, bunu Qarabağdakı separatçıların “su komitəsinin sədri” Ararat Xaçatryan deyib.
“Sərsəng su anbarında keçən ilin müvafiq dövrü ilə müqayisədə suyun səviyyəsi 8 metrdən çox aşağı düşüb. Bu gün anbarda su axını saniyədə 4 kubmetr təşkil edir ki, bu da çox aşağı göstəricidir. Normal şəraitdə su axını 50 kubmetrə qədər çatır. Su anbarının səviyyəsi yüksək olarsa, elektrik enerjisi istehsal etmək üçün daha az su istifadə olunur. Bu dəyər azaldıqca təzyiq azalır və eyni miqdarda elektrik enerjisi istehsal etmək üçün daha çox su tələb olunur”, - o bildirib.
Xaçatryan qeyd edib ki, 44 günlük müharibədən sonra separatçıların əlində çox cüzi miqdarda elektrik enerjisi verən, öz gücünün 20 faizi ilə işləyən 5 kiçik su elektrik stansiyası qalıb.
Arvadının gözünü kor edibmiş... - İndi də qayınatasının qətlinə görə tutuldu - Video
- İsrail HƏMAS-a məxsus silah anbarlarını məhv etdi
- İranın su anbarlarının 45 faizi boşdur: Böhran dərinləşir
- Köçəryanın oğlu naməlum istiqamətə aparıldı
- “Patriot” raketləri aldıq - Zelenski
- Azərbaycanın beynəlxalq hava limanlarında viza ala biləcəklər
- ABŞ Munir vasitəsilə İrana xüsusi təklif göndərib
- Elvin əməliyyat olunacaq - 3 ay meydanlardan uzaq qalacaq
- ABŞ olmasaydı, bu ölkə işğal edilərdi - Vens