Azercell-in dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə keçirilən yarışmada 400-ə yaxın tələbə iştirak etdi
Kommunikasiya, innovasiyalar və texnologiyalar sahələrini əhatə edən yarışmanın nəticələri mart ayının 15-i Azərbaycan-Fransız Universitetində baş tutan təltifetmə mərasimində açıqlandı. Ümumilikdə, ölkənin 17 təhsil ocağında təhsil alan 400-ə yaxın tələbənin müraciət etdiyi hakatonun final mərhələsində 30 komanda yarışmaq imkanı əldə etdi.
Müsabiqə boyunca iştirakçıları Azercell və UFAZ-ın ekspertlərindən ibarət olan mentorlar qrupu müşayiət edib, öz peşəkar məsləhətlərini onlar ilə bölüşdülər. Komandalar 48 saat ərzində “korporativ bazar həlli”, “xərclərin idarə edilməsi həlli”, “oyun funksiyalı həll”, “rəqəmsal aktiv bazar həlli” və “ istedadların satışı həlli” mövzularını əhatə edən proqramlaşdırma tapşırıqları üzərində çalışdılar.
Münsiflər heyətinin qərarı ilə 1-ci yerə “3leet”, 2-ci yerə “Perihelion” , 3-cü yerə isə “Optimum” komandası layiq görüldü. Qeyd edək ki, komandalar təqdim etdiyi texniki və biznes təqdimatlara əsasən dəyərləndirildi. Qaliblər müvafiq olaraq 3000, 2000 və 1000 AZN dəyərində pul mükafatları və Azercell-in xüsusi hədiyyələri ilə təlftif olundular.
Arvadının gözünü kor edibmiş... - İndi də qayınatasının qətlinə görə tutuldu - Video
Azərbaycanda yeni İKT mütəxəssisləri nəslinin inkişafına dəstək verməyi öz korporativ sosial məsuliyyət siyasətinin vacib istiqaməti hesab edən Azercell yarışmanın qaliblərini bir daha təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayır!
- “Patriot” raketləri aldıq - Zelenski
- Onlar Azərbaycanın beynəlxalq hava limanlarında viza ala biləcək - Sərəncam
- ABŞ Munir vasitəsilə İrana xüsusi təklif göndərib
- Elvin əməliyyat olunacaq - 3 ay meydanlardan uzaq qalacaq
- ABŞ olmasaydı, bu ölkə işğal edilərdi - Vens
- ABŞ hərbi təyyarəsi Moskvada eniş etdi
- Amur Qaz Kimya Kompleksində güclü yanğın: 104 yaralı - Video
- Əkizlər tələbə oldu - Bacılar eyni ixtisasda oxuyacaq - Yenilənib - Foto