İran Hörmüz boğazından keçərkən müəyyən edilmiş daxili qaydaları pozan gəmilərə qarşı məhdudiyyətlər və cərimələr tətbiq etmək, həmçinin onları müsadirə etmək niyyətindədir.
BUTA.TV xəbər verir ki, bu barədə İranın Hörmüz Boğazında Gəmiçiliyə Nəzarət İdarəsinin yaydığı bəyanatda bildirilir. Sənəddə qeyd olunur:
“Hörmüz boğazından keçid zamanı İdarənin qaydalarını pozan gəmilər cərimə, həbs, yaxud gələcəkdə boğazdan istifadə hüququnun məhdudlaşdırılması və gəminin müsadirə edilməsi kimi sanksiyalarla üzləşəcəklər”.
Qurum Körfəz hövzəsində dəniz xidmətləri göstərən gəmi sahiblərinə çağırış edərək, potensial problemlərdən yayınmaq üçün “qayda pozanların qara siyahısı” ilə tanış olmağı tövsiyə edib.
Prezidentlər açılış və təməlqoyma mərasimində onlayn formatda iştirak etdilər - Foto+Video
Xəbərdarlıqda vurğulanır ki, həmin siyahıda yer alan gəmilərlə əməkdaşlıq edən digər su nəqliyyatı vasitələri də dərhal məhdudiyyətlər siyahısına salınacaq. Adlarının bu siyahıdan çıxarılmasını istəyən gəmi sahibləri isə müvafiq idarəetmə orqanlarına rəsmi müraciət ünvanlamalı və qayda pozuntusunun səbəblərini əsaslandıran xüsusi sorğu təqdim etməlidirlər.
- İran Hörmüz boğazından keçid qaydalarını sərtləşdirir
- "Şimal Axını"nı Ukrayna partlatmayıb - Zelenski
- Belarus vətəndaşları Şimali Koreyaya vizasız gedə biləcək
- Qazaxıstanda seçkilər: "Ekzit-poll" nəticələri açıqlandı
- Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
- Prezident ailəsinin səmimi - Fotosu
- Prezident Zəngəzur dəhlizi barədə danışdı
- Tokayev kişilərin qucaqlaşmasına qarşı çıxdı: Bu nədir?!