İrandan ölkəmizə döyüş sursatı keçirilməsinin qarşısı alındı

17:38 - 2 May 2023 - GÜNDƏM

 İrandan ölkəmizə döyüş sursatı keçirilməsinin qarşısı alındı

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun əməkdaşları döyüş sursatı hesab edilən patronların Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

BUTA.TV xəbər verir ki, “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedən yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin kabinində gizlədilmiş 1 ədəd plastik qablaşmanın içərisində 45 ədəd patron aşkarlanıb.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən aşkar edilən patronlar yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş 9x17 mm kalibrli patronlardır, döyüş sursatı hesab edilirlər və istifadəyə (atəşə) yararlıdırlar.

Bu xəbər hal-hazırda çox oxunur
Urmiya gölünün son vəziyyəti: yox olur - Foto

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol