Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar həyata keçirilən kompleks tədbirlərin davamı olaraq, mayın 2-də prokurorluq əməkdaşları paytaxtda yerləşən uşaq və körpələr evlərini ziyarət edib.
BUTA.TV xəbər verir ki, görüşdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin hər zaman uşaqlara böyük qayğı ilə yanaşması barədə uşaqlara danışılıb.
Ziyarət çərçivəsində, prokurorluq əməkdaşları xüsusi qayğıya ehtiyacı olan, eləcə də valideyn himayəsindən məhrum olan uşaqların problemləri, onların təlim-tədris proqramı ilə maraqlanıb, uşaqlara hədiyyə və dərs ləvazimatları təqdim edib.
Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
- Milli mətbuatın yaranmasından 150 il ötür
- Sergey Markov Azərbaycana görə Rusiyada təhdid olundu
- AZAL sərnişinlərini öldürən şəxsin - Fotosu
- Prezident "Teleqraf" Media Qrupun əməkdaşlarını təltif etdi
- Şimali Makedoniya prezidenti Mikayıl Cabbarovu qəbul etdi
- Yaqub Eyyubovun adından saxta açıqlama
- Azərbaycan XİN Banqladeşə başsağlığı verdi
- Rusiya Azərbaycandan bunu istəyir