Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması ilə bağlı sənəd tezliklə imzalana bilər.
BUTA.TV xəbər verir ki, bu sözləri rusiyalı ermənipərəst politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov erməni mediasına açıqlamasında deyib.
O, Ermənistan xarici işlər nazirinin Ankaraya səfərini və Türkiyədə baş verən zəlzələdən sonra Çavuşoğlu ilə görüşünü xatırladaraq, İrəvanın Qərb ilə yanaşı, Türkiyə istiqamətində də siyasət yürütdüyünü bildirib:
“Mənə elə gəlir ki, bunda Qərb diasporunun ciddi rolu var və türklər bu kartla oynayır. Gələcəkdə türk dili Ermənistanda ikinci dövlət dili ola bilər”.
Tarasovun sözlərinə görə, hazırda Laçın yolunda gedən proseslər Rusiyanın oyunu deyil:
“Rusiya hər şey etdi: 10 noyabr da daxil olmaqla, ümumilikdə 3 bəyanat, sərhədlərin delimitasiyası ilə bağlı danışıqlar, Putinin vasitəçiliyi ilə görüşlər... Amma İrəvan Qərbin tövsiyəsi ilə müstəqil prosesə getdi. Bundan sonra Ermənistan sülh müqaviləsinin şərtlərini müzakirə etmək üçün Moskvada keçiriləcək üçtərəfli görüşə gəlmədi. Ardınca İrəvan Münhen konfransında Blinkenin iştirakı ilə müzakirə olunan sülh müqaviləsi layihəsini Bakıya göndərdi. Azərbaycan hətta sazişin özündə “Dağlıq Qarabağ” terminindən istifadə etmək istəmir, xüsusən də Ermənistan “Dağlıq Qarabağ”ı Azərbaycanın daxili problemi kimi tanıyırsa. Sadəcə olaraq, İrəvan Qarabağı müəyyən şərtlərlə təslim edir. Bəs Ermənistan bunun müqabilində nə alacaq? Bilinmir”.
- Zaporojyedə sərnişin avtobusu dronla vuruldu - Video
- “Xeyli arıqladığımı görüb nə baş verdiyini soruşdular”
- İran və Omanın XİN rəhbərləri Hörmüzü müzakirə etdi
- İsrailin Türkiyəyə qarşı müharibə planı...
- Türkiyədə mədəndə uçqun baş verdi
- Gəncədə boğularaq öldürülən qadının - Fotosu
- Dünya təcavüzkara adekvat reaksiya göstərməlidir - Zelenski
- Berlində gizli silah anbarı aşkarlandı