Ermənistan İrəvan-Qafan sınaq uçuşu ilə bağlı Azərbaycan tərəfini məlumatlandırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Mülki Avaisiyası məlumat yayıb.
Bildirilib ki, Çexiya istehsalı L-410 kiçikhəcmli sərnişin təyyarəsi ilə 26 aprel tarixində İrəvan-Qafan uçuşu icra edilib.
Belə ki, prosedura uyğun olaraq Ermənistan tərəfi teleqraf rabitəsi ilə Azərbaycanın müvafiq qurumuna bu barədə məlumat ötürüb.
Ermənistanın Mülki Aviasiya Xidməti təyyarənin Azərbaycan üzərindən keçmədiyini qeyd edib və yalnız sərhəd zonasına çatdıqda uçuş haqqında məlumatın göndərildiyini əlavə edib.
Qeyd edək ki, Ermənistanın Qafan aeroportu Ağkənd, Qafan-Gorus avtomobil yolu isə Qazançı döyüş məntəqəsinin vizual nəzarətindədir.
- Zaporojyedə sərnişin avtobusu dronla vuruldu - Video
- “Xeyli arıqladığımı görüb nə baş verdiyini soruşdular”
- İran və Omanın XİN rəhbərləri Hörmüzü müzakirə etdi
- İsrailin Türkiyəyə qarşı müharibə planı...
- Türkiyədə mədəndə uçqun baş verdi
- Gəncədə boğularaq öldürülən qadının - Fotosu
- Dünya təcavüzkara adekvat reaksiya göstərməlidir - Zelenski
- Berlində gizli silah anbarı aşkarlandı