Türkiyənin “Beşiktaş” futbol klubu “Sabah”ın xeyriyyə matçı üçün sosial şəbəkə hesabındakı paylaşımına cavab verib.
BUTA.TV xəbər verir ki, İstanbul təmsilçisinin rəsmi feysbuk səhifəsi vasitəsilə etdiyi paylaşımda “Sabah”ın dəvətini qəbul etdikləri bildirilib. “Beşiktaş” “Sabah”ın türkcə paylaşımına Azərbaycan dilində cavab verib:
“Salam can qardaş. Dəvətiniz üçün çox təşəkkür edirik. Azərbaycandakı qardaşlarımızla zəlzələdən zərər görmüş insanlara yardım məqsədilə keçiriləcək matç üçün Bakıya gəlməkdən böyük sevinc hissi duyarıq”.
“Sabah” isə daha əvvəl türkcə bu sözləri paylaşmışdı: “Türkiyənin 120 illik çinarı, böyük “Beşiktaş”! Zəlzələdən əziyyət çəkənlər üçün təşkil olunacaq dostluq matçında sizi Bakıda qonaq etməkdən qürur duyarıq”.
Qeyd edək ki, Türkiyədə dəhşətli zəlzələdən zərərçəkənlərə yardım məqsədilə “Sabah”la “Beşiktaş”ın Bakıda xeyriyyə matçı keçirməsi nəzərdə tutulub. Görüşün mayın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacağı planlaşdırılıb.
- Müayinə üçün xəstəxanaya gedən qadın öldü
- Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirildi - Video
- Qəzada ölən Amal narkotikə görə tutulubmuş - Fotolar
- Dənizkənarı yolda maşın quyuya düşdü - Video
- Fatimənin qətli: atasından mülklər qalıbmış...
- Qaradağda faciə: başına dəmir düşən kişi öldü
- Deputatdan pensiyalarla bağı mühüm izah
- Şıxlinski Azərbaycandakı məhbuslarla mübadilə ediləcək?