Ermənistan, Qazaxıstan və Qırğızıstana çatmalı olan AB-nin 1 milyard dollardan çox malı Rusiyadan keçərkən müəmmalı şəkildə yoxa çıxıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
Məlumata görə, AB-də Rusiyada qaldığından şübhələnirlər, çünki onlar əsasən ikili təyinatlı, yəni hərbi sənaye müəssisələri tərəfindən istifadə oluna bilən mallardır.
Bildirilib ki, təyyarə ehtiyat hissələri, qaz turbinləri, optik avadanlıqlar və digər mallar Qırğızıstan, Ermənistan və Qazaxıstana aparılmalı idi, lakin təyin olunan yerlərə çatmayıb.
Nəşr yazır ki, ümumilikdə Rusiya-Ukrayna müharibəsindən sonra AB-dən digər ölkələrə 2 milyard dollar dəyərində mal aparılıb, onların demək olar ki, yarısı təyinat yerinə çatmayıb.
Xatırladaq ki, Rusiyaya tətbiq edilən sanksiyaların dəlinməsində Ermənistan xüsusilə aktiv rol oynayır. Bunun nəticəsində İrəvan külli miqdarda gəlir əldə edir.
- Fransa çətin qələbə ilə 1/4 finalda - Yenilənib
- Diqqət: Daşınmaz əmlak bahalaşır...
- Səbinə Salmanovaya ağır itki
- Mərakeş darmadağınla 1/4 finala çıxdı - Yenilənib
- Arzum ilk dəfə danışdı: Hələ də şokdayam...
- Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
- Övladları ilə birgə batan polis şəhid övladı imiş - Foto
- Fatimə Kərimovanı öldürən şəxs Türkiyədə saxlanıldı