Mayın 28-ni Türkiyə əsrinin müjdəçisi edəcəyik.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitterdə yazıb.
O, “Cümhur İttifaqı”nın prezident seçkilərinin ilk sınağından alnıaçıq çıxdığını bildirib:
“Təhriklərə, təzyiqlərə əhəmiyyət vermədən, çətinliklər qarşısında geri çəkilmədən canla-başla mübarizə apardıq. Hər birinizə zəhmətiniz, səyləriniz və fədakarlığınız üçün təşəkkür edirəm”.
Ərdoğan qeyd edib ki, mayın 14-də əldə olunan uğuru daha böyük qələbə ilə taclandırmaq lazımdır:
“Cümhur İttifaqı” siyasətin mərkəzinə milli iradəni, ölkəyə və millətə xidmət və sevgisini qoymuş təşkilatdır. İndiyə qədər bizə sahib çıxmış, lazım gələndə tanklara meydan oxumuş millətimizə minnətdarlıq borcumuzu ancaq daha çox işləyərək, daha çox danışaraq ödəyə bilərik. Türkiyə bizdən xidmət və hərəkət gözləyir. Zəlzələdən əziyyət çəkmiş qardaşlarımız bizdən ən qısa müddətdə yaralarının sağalmasını gözləyir. İnşallah, qarşıdakı günləri ən gözəl və ən səmərəli formada dəyərləndirəcəyik”.
- Prokurorluq azadlığa çıxan sədrin hökmündən protest verəcək
- 4SİM və “Azərsun Holdinq” arasında əməkdaşlıq müzakirə olundu
- Qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi
- Sabah yağış yağacaq
- Sabiq rəis məhkəmə zalından azadlığa buraxıldı
- "Rənc Rover" ağır qəzaya uğradı: ölənlər var - Foto
- Xırdalandakı qətlə görə 2 nəfər saxlanıldı - Foto
- 14 yaşlı oğlan ov tüfəngindən açılan atəşdən öldü