Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 114 ünvanında fəaliyyət göstərən fiziki şəxs Ağaisa Əlisa oğlu Nəbiyevə məxsus "İbrahim Tatlışiş" kabab evində yoxlama keçirilib.
Agentlikdən BUTA.TV-a bildirilib ki, yoxlama zamanı istifadə olunan farşın keyfiyyət və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlər təqdim edilməyib.
Məhsullardan götürülən nümunələrin laborator müayinəsi nəticəsində ətdə at DNT-si aşkarlanıb. Bundan əlavə, müəssisədə izlənmə sisteminin tətbiq edilmədiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub və müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Qeyd edək ki, həmin obyektin sahibi 2025-ci ilin may ayında keçirilən yoxlama zamanı da at DNT-si aşkarlanması faktına görə məsuliyyətə cəlb olunmuşdu.
- Bakıda qadın 10 minlik qızılları oğurlayıb satdı
- Bakıda bu kabab evində at DNT-si aşkarlandı
- Xətaidə açıq ərazidə yanğın - Video+Yenilənib
- Nəsimidə su xəttində qəza: küçələri su basdı - Video
- Kiberdələduzluq hallarına qarşı diqqətli olun!
- Lənkəranda toyuq kəsimi müəssisəsi bağlandı - Foto
- Bakıya gələnlərə bağlamalar payladılar - Qəbul edən şəxs saxlanıldı
- Güclü külək əsəcək - Xəbərdarlıq