İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri Qalib Bayramovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror Qalib Bayramovun 3 il vəzifə tutmaq hüququndan məhrum edilməklə və 5 il sınaq müddəti olmaqla 9 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsini təklif edib.
Növbəti məhkəmə prosesi sentyabrın 9-na təyin edilib.
Qeyd edək ki, Qalib Bayramova qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci ( Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə ), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Qalib Bayramov iqtisadçı Qubad İbadoğlunun qardaşıdır.
- Abşeronda qadın ərini öldürdü
- Bu yolda nişan var, zolaq yoxdur: sürücülər yol vermir - Video
- Yolun ortasında təhlükəli hərəkətlər etdilər - Valideynləri ilə polisə çağırıldılar - Video
- Bunu edənlər vergi ödəməyəcək - Rəsmi
- ABŞ-da hüquq doktoru almış ilk azərbaycanlı...
- Ağdamda qəbir qazılan zaman hərbi sursat aşkarlandı - Foto
- Prokuror Qubad İbadoğlunun qardaşına cəza istədi
- Yevlax xəstəxanasının baş həkimi işdən çıxarıldı