Adil Kərimli aparat rəhbəri və nazir müşaviri təyin etdi

14:36 - 19 Avqust 2026 - GÜNDƏM

 Adil Kərimli aparat rəhbəri və nazir müşaviri təyin etdi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyinatı olub.

Bu barədə BUTA.TV-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hikmət Mövlud oğlu Mustafayev bu vəzifəyə təyin edilib.

1997-ci ildən dövlət qulluğunda fəaliyyət göstərən H.Mustafayev Dövlət Əmlak Komitəsində, İqtisadi İnkişaf Nazirliyində və Əmlak Məsələləri Dövlət Komitəsində müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb. Bu təyinatadək o, Heydər Əliyev Mərkəzi direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərib.

Bu xəbər hal-hazırda çox oxunur
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

Qeyd edək ki, bu vəzifəni Mustafa Abbasbəyli icra edirdi. Adil Kərimlinin digər əmri ilə Mustafa Abbasbəyli nazir müşaviri təyin edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol