Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Lənkəran rayonu, Sütəmurdov kəndində fəaliyyət göstərən, Hüseynov Rüfət Almas oğluna məxsus toyuq kəsimi müəssisəsində yoxlama keçirilib.
Bu barədə BUTA.TV-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, obyektin icazəsi olmadan fəaliyyət göstərdiyi aşkarlanıb.
Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı və antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarəti olmadan kəsildiyi müəyyən edilib, eləcə də digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu aşkarlanıb.
Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Qida zəncirində təhlükəsizliyin təmin olunması və əhalinin sağlamlığının qorunması üçün heyvan və quş kəsimi mütləq baytarlıq nəzarəti altında aparılmalıdır.
- Bakıda bu kabab evində at DNT-si aşkarlandı
- Xətaidə yanğın başladı - Video
- Nəsimidə su xəttində qəza: küçələri su basdı - Video
- Kiberdələduzluq hallarına qarşı diqqətli olun!
- Lənkəranda toyuq kəsimi müəssisəsi bağlandı - Foto
- Bakıya gələnlərə bağlamalar payladılar - Qəbul edən şəxs saxlanıldı
- “Nar” inklüziv məşğulluğun təşviqinə töhfə verir - Video
- Güclü külək əsəcək - Xəbərdarlıq