Kolleclərə qeydiyyat başladı

15:30 - 19 Avqust 2026 - GÜNDƏM

 Kolleclərə qeydiyyat başladı

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı başlayıb.

BUTA.TV xəbər verir ki, qeydiyyat prosesi yalnız my.gov.az portalı üzərindən həyata keçirilir.

Qeyd edək ki, qeydiyyat 31 avqust saat 18:00-dək davam edəcək.

Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.

Onu da qeyd edək ki, şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər my.gov.az-da qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsini yeniləməlidirlər. 15 yaşına çatmamış vətəndaşlar my.gov.az-da şəxsi kabinetlərini "SİMA rəqəmsal imza" ilə açmalıdırlar.

Bu xəbər hal-hazırda çox oxunur
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol