2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda əhalinin hər 1000 nəfərinə 1,9 boşanma düşüb.
BUTA.TV Modern.az-a istinadən xəbər verir ki, ölkə üzrə ən yüksək boşanma göstəricisi Xocalı rayonunda qeydə alınıb. Burada əhalinin hər 1000 nəfərinə 4,9 boşanma düşüb.
Naftalan şəhərində bu göstərici 4, Bakının Yasamal rayonunda 3,6, Qaradağ və Qubadlı rayonlarında 3,3, Xətai rayonu və Şirvan şəhərində 3,1, Nərimanov rayonu ilə Zəngilanda 3 olub.
İqtisadi rayonlar arasında boşanma səviyyəsi Şərqi Zəngəzurda daha yüksək olub. Burada hər 1000 nəfərə 2,5 boşanma düşüb. Bakı şəhərində göstərici 2,4, Qarabağ iqtisadi rayonunda 2,3, Naxçıvan iqtisadi rayonunda isə 2,2 təşkil edib.
Ən aşağı boşanma göstəricisi Qobustan rayonunda qeydə alınıb. Burada əhalinin hər 1000 nəfərinə 0,7 boşanma düşüb. Yardımlıda göstərici 0,9, Cəlilabad və Qax rayonlarında 1, Biləsuvarda 1,2 olub.
- Generala ağır itki
- 2 milyonluq kompleks investisiya müsabiqəsinə çıxarılır
- “By Ella” ləqəbli bloqer həbs edildi
- Boşanmaların ən yüksək olduğu ərazi...
- Qusarda ağır qəza: ölən var
- 150 ilin ən güclü istisi qapıdadır - Ərzaq da bahalaşacaq
- Dünyanın yükünü çiyinlərindən atıb cücələrinə ad axtarır... - Fotolar - Video
- İranla bütün fəaliyyətləri dayandırdılar