Gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən dərman vasitələri aşkar edilib.
“BUTA.TV” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat və nəzarət tədbirləri nəticəsində gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən dərman vasitələri aşkar olunub.
Heydər Əliyev Beynəlxalq Hava Limanının 1-ci Terminalının ərazisində xarici ölkələrin hava limanlarında sərnişinlərə paylanaraq ölkə ərazisinə gətirilən bağlamaları onlardan qəbul edən şəxs saxlanılıb, onun əlindəki paketlərə və idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.
Baxış zamanı gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən ümumilikdə 10 adda 93 qutu dərman vasitəsi aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
- Bakıda bu kabab evində at DNT-si aşkarlandı
- Nəsimidə su xəttində qəza: küçələri su basdı - Video
- Kiberdələduzluq hallarına qarşı diqqətli olun!
- Lənkəranda toyuq kəsimi müəssisəsi bağlandı - Foto
- Bakıya gələnlərə bağlamalar payladılar - Qəbul edən şəxs saxlanıldı
- “Nar” inklüziv məşğulluğun təşviqinə töhfə verir - Video
- Güclü külək əsəcək - Xəbərdarlıq
- Bakıda su qəzası 25 dəqiqə ərzində aradan qaldırıldı - Video