“Sabah” Bakıya məğlub qayıdır - Video-Yenilənib

23:06 - 19 Avqust 2026 - GÜNDƏM

 “Sabah” Bakıya məğlub qayıdır - Video-Yenilənib

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

BUTA.TV” xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” da meydana bu gün çıxacaq.

Valdas Dambrauskasın komandası Buxarestdə İsrailin “Hapoel” (Beer-Şeva) klubu ilə qarşılaşacaq.

Komandalar arasında cavab matçı avqustun 25-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq

Qeyd edək ki, cütün qalib tərəfi Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının Liqa mərhələsində çıxış edəcək.

19 avqust

UEFA Çempionlar Liqası

Pley-off, ilk oyun

23:00. “Hapoel” (Beer-Şeva, İsrail) – “Sabah” (Azərbaycan)

Baş hakim: Davide Massa (İtaliya)

Buxarest. “Culeşti” stadionu.

***

Komandaların start heyətləri bəlli olub:

“Hapoel”: 1, Markiano, 2 Mizrahi, 4 Migel Vitor (k), 12 Rotman, 5 Pedro Amado, 28 Yehonşa, 25 Ventura, 7 E. Perets, 20 İst, 66 Zlatinoviç, 9 Əhməd.

Ehtiyat oyunçular: 34 Volf, 3 Baltaxa, 8 Kanaan, 11 Qanah, 13 Davidzada, 14 Malede, 18 Levi, 19 Ohana, 23 Hazut, 27 Y. Stoyanov, 44 Diop, 45 Abu Rumi.

“Sabah”: 92 Stas Pokatilov (k), 5 Rəhman Daşdəmirov, 3 Stiv Solvet, 27 Timoteuş Puxaç, 80 Akim Zedadka, 13 İvan Lepiniça, 7 Umarali Raxmonaliyev, 21 Velko Simiç, 10 Aleksey İsayev, 20  Coy Lens Mikels, 34  Ksander Severina.

Ehtiyat oyunçular: 1 Amin Ramazanov, 94 Rəvan Mirzəmmədov, 4 Aden Makarti, 6 Abdulah Xaybulayev, 8 Kristian Nvaçukvu, 11 Kahim Parris, 16 Rauf Rüstəmli, 17 Tellur Mütəllimov, 23 Yunes Laşab, 33 Erivaldo Almeyda, 88 Rodriqo Fernandeş, 99 Orfe Mbina.

***

Matç başladı.

***

Velko Simiç 6-cı dəqiqədə hesabı açır.

***

43-cü dəqiqədə Ceyvon İst hesabı bərabərləşdirir.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

79-cu dəqiqədə İqor Zlatinoviç fərqi artırır.

***

Matç “Hapoel”in 2:1 hesablı qələbəsi ilə yekunlaşır.

 





Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol