Xəbər verdiyimiz kimi, ötən gün Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən Astara Modul tipli Elektrik Stansiyasının ərazisinin bir hissəsinin intensiv yağışlar səbəbindən subasmaya məruz qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub.
BUTA.TV xəbər verir ki, görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.
Qeyd edək ki, suçəkmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti və Mülki müdafiə qoşunlarından ümumilikdə 41 nəfərdən ibarət şəxsi heyət, 9 texnika, 5 motopompa və 3 nasos cəlb olunub.
- Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqəsi vuruldu, partlayış oldu - Fotolar
- "Əpl məps"də Xankəndi "Stepanakert" göstərilir
- Ronaldodan tənqidçilərinə - Sərt mesaj - Video
- Tarix yazıb qayıtdılar, bayram bayrama qarışdı - Video
- "Nokia"dan sürpriz: Zəngləri telefonunuz cavablandıracaq!
- Messi haqqında yayılan eşq iddialarına ilk dəfə cavab verdi - Foto
- Sürücülük vəsiqəsi almaq istəyənlərə şad xəbər...
- Azərbaycanlı gənc Polşada faciəvi şəkildə öldü