Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasında vasitəçi formatından kənarlaşdırılıb.
BUTA.TV xəbər verir ki, bunu erməni deputat Andranik Tevanyan deyib.
“Vaşinqtonda və Brüsseldə Qarabağın Azərbaycanın ərazisi olduğu elan edilib. Bundan sonra Azərbaycan Prezidenti ilə polemikaya girməyin bir məqsədi var – Rusiya danışıqları və Moskvanın vasitəçiliyini uğursuzluğa düçar etmək. Moskvanın vasitəçiliyi İrəvanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığı andan başa çatacaq. Moskvada danışıqlar yox, sadəcə, görüş olub, Paşinyan Əliyevin nədən danışdığını başa düşmədiyini deyəndə, əslində, yalan danışırdı, çünki Əliyev 2022-ci il oktyabrın 6-da razılaşdırılanlardan bəhs edirdi”, - o bildirib.
- Generala yüksək vəzifə verildi
- Qanunvericiliyə “frilanser” anlayışı daxil edilir
- Salyanda 34 yaşlı qadın xəstəxanada öldü
- Rəqəmsal səyyahlara müjdə
- Zakir Həsənov onları təltif etdi
- “İdmançı meydana cəngi sədaları altında yox, mərsiyə ilə çıxır”
- Su ilə bağlı vacib suallara aydınlıq gətirildi
- Buna görə cərimələr müəyyənləşir