İsrail Prezidenti İshaq Hersoqun mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfəri İran mediasında geniş işıqlandırılıb.
BUTA.TV xəbər verir ki, səfər barəsində İranın rəsmi dövlət mediası və SEPAH-a yaxın mətbuat materiallar dərc edib.
Onlar ənənəvi olaraq, İsrail-Azərbaycan münasibətlərinin inkişafından narahatlıqlarını ifadə edib, bunu "sionistlərin bölgəyə nüfuzu" kimi qələmə veriblər.
İsraili işğalçı kimi təqdim edən İran mediası Azərbaycanın silah idxalının 69 faizini İsrailin qarşıladığını, İsrailin isə neft tələbatının 40 faizinin Azərbaycan tərəfindən təmin edildiyi bildirilib.
"Xüsusilə, Azərbaycanın müsəlman və şiə ölkəsi olduğunu, İranın qonşuluğunda yerləşdiyini nəzərə alsaq, bu səfər mühüm və strateji əhəmiyyətə malikdir”, - Tehran mediası qeyd edib.
- Qanunvericiliyə “frilanser” anlayışı daxil edilir
- Salyanda 34 yaşlı qadın xəstəxanada öldü
- Rəqəmsal səyyahlara müjdə
- Zakir Həsənov onları təltif etdi
- “İdmançı meydana cəngi sədaları altında yox, mərsiyə ilə çıxır”
- Su ilə bağlı vacib suallara aydınlıq gətirildi
- Buna görə cərimələr müəyyənləşir
- Sabah intensiv yağış yağacaq