Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moldovanın paytaxtı Kişinyovda keçiriləcək görüşü səbirsizliklə gözləyirik.
BUTA.TV xəbər verir ki, bunu Avropa Birliyi (AB) Şurasının Prezidenti Şarl Mişel Tvitterdə yazıb.
O bildirib ki, bu görüş tərəflərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörməti yenidən təsdiqləmək və sərhədlərin delimitasiyası üzrə irəliləmək, həmçinin sərhəd bölgələrində riskləri azaltmaq üçün vacibdir.
Ş.Mişel eyni zamanda vurğulayıb ki, rəsmi Bakı ilə Qarabağdakı erməni icması arasında dialoq indi mühüm əsəmiyyət kəsb edir:
“Hədəf dialoq olmalıdır. 30 ildən çox davam edən münaqişədən sonra yaraların sağalması üçün vaxt lazımdır. Cəsarətli qərarlara ehtiyac var”.
- Generala yüksək vəzifə verildi
- Qanunvericiliyə “frilanser” anlayışı daxil edilir
- Salyanda 34 yaşlı qadın xəstəxanada öldü
- Rəqəmsal səyyahlara müjdə
- Zakir Həsənov onları təltif etdi
- “İdmançı meydana cəngi sədaları altında yox, mərsiyə ilə çıxır”
- Su ilə bağlı vacib suallara aydınlıq gətirildi
- Buna görə cərimələr müəyyənləşir