Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi müsbətdir. Tərəflər mövqelərin yaxınlaşması üzərində işləyirlər, lakin işlərin tamamlanma vaxtı barədə danışmaq hələ tezdir.
BUTA.TV xəbər verir ki, bunu Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov deyib.
“İndi belə işlər gedir, amma, necə deyərlər, konkret “müqəddəs tarix” yoxdur. Proses gedir, müsbətdir. Ümid edək ki, düzgün istiqamətdə inkişaf edəcək”, - o bildirib.
Onun sözlərinə görə, bu yaya, yəni turizm mövsümünə qədər üçüncü ölkə vətəndaşları üçün sərhədin açılması barədə söhbət aparılırdı.
Yerxov qeyd edib ki, bununla belə, hələlik bu barədə konkret razılaşma yoxdur:
“Zəlzələ diplomatiyası” Ankara ilə İrəvan arasında münasibətlərə müsbət təkan verib. Ermənistanın Türkiyəyə zəlzələdən sonra göstərdiyi humanitar yardım ikitərəfli münasibətlərin normallaşması istiqamətində əlavə addımların atılmasına kömək etdi”.
- Su ilə bağlı vacib suallara aydınlıq gətirildi
- Buna görə cərimələr müəyyənləşir
- Sabah intensiv yağış yağacaq
- Tiflisə qatarla getmək istəyənlərə şad xəbər
- Növbəti köç karvanı Xocavənd şəhərinə çatdı
- Tbilisi qatarlarında sərnişin tutumu artırılır - Biletlər satışdadır
- Zəngilanda növbəti əmək yarmarkası: 80-dən çox vakansiya...
- Pensiyalar nə vaxt veriləcək?