Xocalıda ağır qəza: ölən var

21:28 - 30 May 2023 - GÜNDƏM

 Xocalıda ağır qəza: ölən var

Xocalıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

BUTA.TV xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Report-a məlumat verib.

Belə ki, Xocalı rayon Polis Şöbəsinə rayonun Baharlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

İlkin araşdırmalar zamanı məlum olub ki, 1970-ci il təvəllüdlü Füzuli rayon sakini Namiq Hüseynov idarə etdiyi HOVO markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək avtomobil yol kənarındakı meşə massivindəki ağaclara çırpılıb.

Hadisə nəticəsində sürücü, sərnişinlər- Yardımlı rayon sakini 1970-ci il təvəllüdlü İlqar Əzizov, 1970-ci il təvəllüdlü Ağdaş rayon sakini Məzahir Baxışov və Ucar rayon sakini, 1995-ci il təvəllüdlü Vüqar Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Digər sərnişin, 1969-cu il təvəllüdlü Cəlilabad rayon sakini Loğman Ərəbov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol