NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edib, həmçinin onunla bir sıra məsələləri müzakirə edib.
BUTA.TV xəbər verir ki, bu barədə alyans rəhbəri Tvitter səhifəsində yazıb.
"Prezident Ərdoğanla xoş söhbət oldu. Onu seçilməsi münasibəti ilə təbrik etdim. Biz NATO-nun Vilnüsdə keçiriləcək sammitinin əsas məsələlərini, Ukraynaya dəstəyin davam etdirilməsi, müdafiə potensialımızın gücləndirilməsi və İsveçin NATO-ya daxil olması prosesini başa çatdırmağı müzakirə etdik", - Stoltenberq qeyd edib.
- Ölkəmizə görünməyən hücumlar: hər saat olur… - Çağırş
- Sığorta ödənişləri ilə bağlı dəyişiklik...
- Tramp Türkiyədədir - Ərdoğan şəxsən qarşılayır-Yenilənir
- Tiflisdən Fatimənin qətli ilə bağlı açıqlama
- 20 manatlıq bu rüsum ləğv edilir
- Generala yüksək vəzifə verildi
- Qanunvericiliyə “frilanser” anlayışı daxil edilir
- Salyanda 34 yaşlı qadın xəstəxanada öldü