Çin gəmisi II Dünya müharibəsindən qalan gəmini taladı

01:32 - 31 May 2023 - GÜNDƏM

 Çin gəmisi II Dünya müharibəsindən qalan gəmini taladı

Malayziya sahil mühafizə xidməti II Dünya müharibəsindən qalan gəminin qalıqlarını talan etməkdə şübhəli bilinən Çin quru yük gəmisini heyəti ilə birlikdə saxlayıb.

BUTA.TV xəbər verir ki, yerli balıqçı bir müddət əvvəl Cohor adasının sahil sularında, II Dünya müharibəsi vaxtı Britaniya döyüş gəmisinin batdığı yerdə Çin gəmisinin lövbər saldığını müşahidə edib. Malayziyanın sahil mühafizə xidməti 32 nəfər heyəti olan Çin gəmisində Britaniya döyüş gəmisinə məxsus olduğu güman edilən topun mərmilərini, habelə gəminin metal hissələrini aşkarlayıb. Mərmilər mayın əvvəlində Cohor adasındakı metal tullantıları arasında tapılan mərmilərlə eynidir.

Malayziya mediası yazır ki, Çin gəmisi Britaniya gəmisinə məxsus metal hissələri Cohorda özəl bir anbara toplayırmış.

Qeyd edək ki, 1941-ci ildə Böyük Britaniya ordusuna məxsus döyüş gəmisinin yapon bombardmançı təyyarələri tərəfindən hücuma məruz qalması nəticəsində gəmi batıb, təxminən 840 dənizçi həlak olub. Bu, Britaniya hərbi dənizçilik tarixinin ən faciəli hadisələrindən biridir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol