Bölgəmizin şimalındakı gərgin vəziyyəti yoluna qoymaq üçün beynəlxalq partnyorlarla əlaqələri gücləndirmişik.
BUTA.TV xəbər verir ki, bu sözləri Kosova Baş naziri Albin Kurti Tvitter səhifəsindəki paylaşımında deyib.
“Son saatlarda qurumlarımız beynəlxalq partnyorlarla əlaqələri daha da artırdı, çünki vəziyyəti yoluna qoymaq məqsədi güdürük. Narahatlıq və qayğılarla yanaşı, təhdid və təhlükələrin də olduğu dünən isbatlandı”, - deyə Kurti bildirib.
O, etirazlarda iqtidarın hədəf alındığını bildirib.
Qeyd edək ki, iki gün öncə Kosovanın şimalında etiraz edən serblərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Nəticədə xeyli sayda həm mülki, həm də NATO hərbçisi yaralanıb.
- 39 yaşlı qadın narkotikə görə saxlanıldı - Video
- Ölkəmizə görünməyən hücumlar: hər saat olur… - Çağırş
- Sığorta ödənişləri ilə bağlı dəyişiklik...
- Tramp Türkiyədədir - Ərdoğan şəxsən qarşılayır-Yenilənir
- Tiflisdən Fatimənin qətli ilə bağlı açıqlama
- 20 manatlıq bu rüsum ləğv edilir
- Generala yüksək vəzifə verildi
- Qanunvericiliyə “frilanser” anlayışı daxil edilir