Bu gün deyirlər ki, Vladimir Putin müharibəni uduzdu və onun məğlubiyyəti Finlandiyanın NATO-ya daxil olmasıdır. Xanımlar və cənablar, Vladimir Putin heç bir müharibədə uduzmayıb.
BUTA.TV xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda deyib.
“İndi elə bir vəziyyətdəyik ki, Rusiya Ukraynaya təcavüz edir, hər gün cəbhədə yüzlərlə insan ölür. Amma ruslar 100 milyondan çoxdur, ukraynalılar isə 40 milyondan da az. Elə bu fərq göstərir ki, üstünlük kimin tərəfindədir. Ruslar üçün insan həyatının önəmi yoxdur, ukraynalılar üçün hər həyat bir qızıla bərabərdir. Rusiya nüvə dövlətidir, nəhəng silah ehtiyatı var. Gülürük ki, 60-cı illərin tanklarını çıxarırlar. Əgər o tank hərəkət edir, dağıdırsa, onun müasir olmasının önəmi yoxdur. Müharibə davam edir, Rusiya hələ səfərbərlik keçirir, iqtisadiyyatı hərbi rels üzərinə keçir. Onlar kəmərlərini sıxsalar da, ac qalsalar da, böyük Rusiya ilə fəxr edəcəklər”, - Duda bildirib.
- Hüquq müdafiəçisi: Türkiyənin Gültəkini Azərbaycana verməsi...
- Bakının tələbini qəbul etməyə məcbur olduq - Badalyan
- AXCP və “Müsavat”da vicdanlı, aldanmış şəxslər var...
- Azərbaycan o səhifəni tamamilə bağlayıb...
- Bakı Moskvadan AZAL təyyarəsi ilə bağlı suallarına cavab alıb
- Hikmət Hacıyevdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- Minsk prosesinin bağlanması başa çatdırıldı
- Əli Kərimliyə neçə il cəza verilə bilər?