Türkiyə və Misir liderləri qarşıdakı 3-6 ay ərzində görüşə bilərlər.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin Misirdəki müvəqqəti işlər üzrə vəkili Saleh Mutlu Şen deyib.
“Prezident Sisini Ərdoğana göndərdiyi təbrik mesajı və iki lider arasında telefon söhbəti dostcasına atılmış bir addım idi. Bu addımın əlaqələrdə irəliləyişə köklənmiş güclü siyasi arzunun ifadəsi olduğunu söyləyə bilərəm. Diplomatik əlaqələrin səfir səviyyəsinə qaldırılması razılaşdırıldı. Yəni, iki lider arasında sammit olacaq. Mən şəxsən görüşün 3-6 ay ərzində olacağını düşünürəm. Prezident Ərdoğanın sıx qrafiki olacaq. Bu ilin sonuna qədər Ankara, yaxud Qahirədə bir araya gələ bilərlər”, - deyə diplomat bildirib.
- Bakı-Tiflis qatarına bilet satışındakı problemin səbəbi açıqlandı
- 2029-cu ildə əhali siyahıya alınacaq
- Prezident fərman imzaladı
- Bakı-Tiflis qatarında ciddi qiymət endirimləri... - Rəsmi
- Tiflisə getmək istəyənlərə daha bir sevindirici xəbər
- 39 yaşlı qadın narkotikə görə saxlanıldı - Video
- Ölkəmizə görünməyən hücumlar: hər saat olur… - Çağırş
- Sığorta ödənişləri ilə bağlı dəyişiklik...