Qırğız Prezidenti Sadır Japarov türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.
BUTA.TV xəbər verir ki, bu barədə S. Japarovun mətbuat xidmətindən bildirilib.
O, Ərdoğanı prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.
S.Japarov qardaş türk xalqına firavanlıq və inkişaf arzulayıb.
Öz növbəsində Türkiyə Prezidenti səmimi arzulara görə təşəkkür edərək, Sadır Cəfərovu andiçmə mərasiminə dəvət edib.
Ölkələrin liderləri həmçinin Qırğızıstan-Türkiyə ikitərəfli əməkdaşlığının cari sahələrini və birgə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
- BTQ bu seçkilərin nəticələrinə görə görüş təşkil etdi
- Oğuzda buğda yüklü TIR yandı
- AZAL Qars şəhərinə uçuşlara başlayır
- Bakıda yarım milyonluq dələduzluq - Özbək qadın həbs olundu
- Bakıda məhbus həbsxanadan qaçdı - Əməliyyat keçirilir
- Şirvan Kərimovun Rusiya vətəndaşlığı ləğv olundu
- 2029-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq
- Bakı-Tiflis qatarına bilet satışındakı problemin səbəbi açıqlandı