Rusiyanın Ulyanovsk vilayətinin İnza şəhərində hərbi komissarlıq binasının yandırılmasına cəhd edilib.
BUTA.TV “Baza” Teleqram kanalına istinadən xəbər verir ki, 52 yaşlı qadın komissarlığa gələrək özü ilə gətirdiyi yandırıcı məhlulu foyeyə tökərək binanı yandırmağa cəhd göstərib.
Lakin obyekti mühafizə edən polis əməkdaşı onun bu cəhdinin qarşını alıb, alovun daha güclənməsinə imkan verməyib.
Qadın isə hadisəni törətdikdən sonra ərazidən qaçıb, lakin o, polis tərəfindən saxlanılıb.
Hadisənin motivləri bəlli deyil.
- İlham Əliyevin G20 sammitinə dəvət olunması... - Deputat
- Daha 30 ukraynalı uşaq ölkəmizə gətirildi
- Bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı
- “Slimlux” və başqa arıqlama məhsullarında təhlükəli maddə - Psixikanı poza bilər+Fotolar
- BTQ bu seçkilərin nəticələrinə görə görüş təşkil etdi
- Trampın Ankarada təhlükəsizliyi üçün bu tədbirlər görüldü - Fotolar
- Başçının müavini idi, I müavin oldu
- Oğuzda buğda yüklü TIR yandı